Cəbhədə erməni təxribatının səbəbləri - “Paşinyan diqqəti özündən yayındırmağa çalışır”

Cəbhədə erməni təxribatının səbəbləri - “Paşinyan diqqəti özündən yayındırmağa çalışır”

Son günlər Azərbaycan Ermənistan sərhəddində, eləcə də təmas xəttində Azərbaycan əsgərlərinin şəhid edilməsi kompleks şəklində düşünülümüş erməni təxribatıdır. İstər beynəlxalq arenada, istərsə də daxili auditoriya qarşısında gülünc duruma düşən erməni baş nazir Nikol Paşinyan, bununla diqqəti öz uğursuzluqlarından yayındırmağa çalışır.

Keçmiş korpus komandiri Şair Ramaldanov düşmən tərəfinin heç bir təxribatının Azərbaycan əsgərini çaşdıra bilməyəcəyini deyərək, ordumuzun gücünün günü – gündən artdığını ifadə edir.

Xarici İşlər Nazirliyi də sözügedən faktlarla bağlı bəyanat yayaraq Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozmasının və azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə almasının, bu ölkənin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin “inqilabi” təşəbbüslərinin əsl mahiyyətini açıq şəkildə göstərdiyini bildirir.

Naziriyin bəyanatında vurğulanır ki, bu qanlı cinayətlərin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

atv.az

Mənbə: www.atv.az