Türk dronları rus istehsalı “Pantsir”i havaya uçurdu - Video

Türk dronları rus istehsalı “Pantsir”i havaya uçurdu - Video

Ötən gecə Suriya ordusunun hücumu nəticəsində şəhid olan 33 türk əsgərinə görə endirilən cavab zərbələrində Suriya rejim qüvvələrinə aid “Pantsir-1” hava hücumundan müdafiə sistemi də məhv edilib.

Axar.az xəbər verir ki, “Pantsir-1”-in məhvedilmə anının videosu yayılıb.

Qeyd edək ki, ötən gecədən endirilən zərbələr nəticəsində günorta saatlarında rejimə məxsus 5 helikpoter, 23 tank, 23 top, 1 SA-17, 1 SA-22 hava müdafiə sistemi və 309 əsgəriin məhv edildiyi haqda məlumat verilmişdi. Axşam saatlarında isə daha 56 rejim əsgərinin və 8 tank, 4 PDM, 5 obüs və 2 çoxfunksiyalı raketatan sistemin zərərsizləşdirildiyi bildirilib.

 

Mənbə: axar.az