Koronavirus əleyhinə ən yaxşı dərman - Soğan, donuz piyi və sarımsaqdır

Koronavirus əleyhinə ən yaxşı dərman - Soğan, donuz piyi və sarımsaqdır

Hazırda dünyanın bir çox ölkəsində tüğyan edən koronavirus COVİD-19 əleyhinə ən yaxşı dərmanın soğan, donuz piyi və sarımsaq olduğu açıqlanıb. Day.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.

Yerli telekanalda müsahibədə olarkən apteklərdə qoruyucu maskaların nədən olmaması barədə verilən suala cavab olaraq ukraynalı rəsmi deyib: Sizə demək istəyirəm ki, koronavirus əleyhinə ən yaxşı dərman soğan, donuz piyi və sarımsaqdır".

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın əksər ölkələrini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.

Mənbə: news.day.az