Almaniyada insanlar koronavirusa görə marketlərə axın etdi

Almaniyada insanlar koronavirusa görə marketlərə axın etdi

Almaniyada koronavirusa yoluxanların sayı bir gündə üç qat artaraq, 35 nəfərə çatıb. Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, karantinə düşmək və yaşayış bölgələrinin bağlanması ehtimalından qorxan almanlar marketlərə axın edib.

Xüsusilə “Aldi” və “Lidl” adlı marketlərə gedən insanlar müxtəlif növ qidalar, meyvə-tərəvəz və təmizlik məhsulları olan bölmələri tez bir zamanada boşaldıblar.

Bundan əlavə, apteklərdə maskaların bitdiyi, qrip və boğaz ağrısı dərmanlarının isə sürətlı satıldığı bildirilib.

Lalə Cəfərli

Mənbə: www.yeniavaz.com