"Həkimlərin çoxu acından ölür" - Rəşid Mahmudov

"Həkimlərin çoxu acından ölür" - Rəşid Mahmudov

Rəşid Mahmudov həkimlərdən danışıb...

Xəbər verdiyimiz kimi Azərbaycanda bir nəfərdə koronavirus aşkar edilib. Bununla yanaşı, cənub bölgəsi rayonlarının mərkəzi xəstəxanalarında İrandan gələn vətəndaşlarımız karantinə alınıb. Lakin həmin xəstəxanalarda xəstələr şəraitsizlikdən şikayətlənirlər.

Bəs görən tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov koronavirusa yoluxsa, özünü bizim səhiyyəyə etibar edərmi?

R.Mahmudov səhiyyəmizdə etibar edə biləcəyimiz həkimlərin çox olduğunu və sadəcə bu gün onların tanınmadığını bildirdi:

“Əlbəttə, belə bir hal olarsa, bütün həkimlərə deyil, amma etibar etdiyim həkimlər var ki, onlara inanıram. Azərbaycanda elə savadlı həkimlər var ki, onları çoxları tanımır. Nə özüm bir adam deyiləm, nə də xəstəliyim adam xəstəliyi deyildi, istənilən həkim də məni sağalda bilməzdi, amma məni Azərbaycan həkimi sağaltdı. Bu gün axşama kimi televiziyada həkimləri reklam edirlər, amma mənim tanıdığım elə həkimlər var ki, onların heç reklama da ehtiyacları yoxdur. Səhiyyəyə gərək baxasan ki, səhiyyə ola, həkimlərə normal maaş vermək lazımdır, onların çoxu acından ölür, “moşennik” olub gediblər”. (Moderator.az)

pia.az

Mənbə: pia.az