İranda koronavirusa yoluxanlardan 123-ü sağalıb

İranda koronavirusa yoluxanlardan 123-ü sağalıb

İranda koronavirusa yoluxduğu təsdiqlənmiş şəxslərdən 123-ü sağalıb.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur rəsmi twitter səhifəsində məlumat yerləşdirib.

İran rəsmisi bu gün koronavirusla bağlı statistikanı açıqlayarkən bu xəstəlikdən 43 nəfərin öldüyünü və 600-a yaxın şəxsin yoluxduğunu bildirib.

O əlavə edib ki, indiyə qədər həkim nəzarətində saxlanılmış şəxslərdən 123-ü sağalıb.

İran rəsmisi eyni zamanda ölkə xalqından istəyib ki, qeyri-zəruri toplantılara qatılmasınlar.

Qeyd edək ki, İranda sözügedən virusa görə, universitet və məktəblər tətil edilib və cümə namazları müvəqqəti dayandırılıb.

Mənbə: www.interaztv.com