Azərbaycanda kafedə musiqi sifarişi üstündə QAN TÖKÜLDÜ — TƏFƏRRÜAT

Azərbaycanda kafedə musiqi sifarişi üstündə QAN TÖKÜLDÜ — TƏFƏRRÜAT

Bakıda adam öldürməkdə təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyul ayının 16-na təyin olunub.

İttihama görə, ötən il avqustun 10-da Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb.

Cavid Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunan Xaliq Mustafayev saxlanılıblar.

İlkin dindirmələr zamanı məlum olub ki, mübahisə musiqi sifariş vermək üstündə düşüb. Cavid Həmzəyevin həm sifarişi kəsilib, həm də döyülüb.
İstintaq orqanı tərəfindən Elçin Nəcəfov və Xaliq Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. (ölkə.az)

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Beş il girovluqda - VİDEO

SONRAKI XƏBƏR

Stolüstü tennisçilərimiz Avropa çempionatının finalında iştirak edəcəklər