Moskva yaxınlığında yanğın - Bir nəfər ölüb, 11-i yaralanıb

Moskva yaxınlığında yanğın - Bir nəfər ölüb, 11-i yaralanıb

Moskva yaxınlığındakı İstilik Elektrik Stansiyasında yanğın qeydə alınıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın qaz kəmərinin zədələnməsi üzündən baş verib. Nəticədə 1 qaravulçu qadın həlak olub, daha 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Alovun söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları və helikopterlər cəlb olunub. İlkin hesablamalara görə, hadisə nəticəsində 150 milyon rubl dəyərində ziyan dəyib. Faktla bağlı cinayət işi açılıb.

 

 

 

Mənbə: www.atv.az