57 metr yüksəklidən düşdü, möcüzə nəticəsində sağ qaldı - İNANILMAZ...

57 metr yüksəklidən düşdü, möcüzə nəticəsində sağ qaldı - İNANILMAZ...

 

Niaqara Şəlaləsi parkı polisi şəlalənin ətrafındakı divara dırmaşmağa çalışan bir nəfərin şiddətli axına qapılaraq 57 metr aşağı düşdüyünü, ancaq bir müddət sonra sahildəki qayalıqlarda oturarkən tapıldığını bildirib.

 

Moderator.az xəbər verir ki, şəlaləyə gələn bir kişi ziyarətçi şəlalənin ətrafındakı qayaların üstünə hörülən istinad divarına qalxmağa çalışıb və bu zaman sudakı şiddətli axına qapılaraq 57 metr aşağı düşüb.

 

Qısa müddətli axtarışlardan sonra polis şəlalədən düşən adamı möcüzəvi şəkildə sahildəki qayalıqların üzərində oturarkən tapıb. Ciddi bir xəsarəti olmayan və kimliyi açıqlanmayan adamın hadisədən sonra xəstəxanaya aparıldığı bildirilib.

 

 

Mənbə: moderator.az