Sakit okean sahillərində güclü zəlzələ

Sakit okean sahillərində güclü zəlzələ

Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar UTC vaxtı ilə 17:08-də, Araba şəhərindən 175 km şimalda, Solomon adaları yaxınlığında qeyd alınıb.

Zəlzələ ocağı 497,1 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

 

Mənbə: axar.az