Bakıdan Kürdəmirə sərnişin aparan taksi sürücüsünü bıçaqlayıb pulunu aldılar

Bakıdan Kürdəmir rayonuna taksi ilə gedən üç naməlum sərnişin sürücüyə qarşı quldurluq törədib.

ONA xəbər verir ki, 1964-cü il təvəlüllüdlü Bakı şəhər sakini Yaşar Səmədov Kürdəmirin Sığırlı kəndində həmin sərnişinlərin hücumuna məruz qalıb.

Belə ki, həmin naməlum sərnişinlər sürücünün hər iki ayağına bıçaqla xəsarət yetirərək ondan pul tələb ediblər. Y.Səmədovun üzərindən 50 manat pul götürən cinayətkarlar hadisə yerindən uzaqlaşıblar. Sürücü isə yaralı vəziyyətdə Kürdəmir xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

 

Ona.az

ƏVVƏLKİ XƏBƏR

Sakit okean sahillərində güclü zəlzələ

SONRAKI XƏBƏR

SON DƏQİQƏ: "Twitter" çökdü