Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda, içərisində rus turistlərin olduğu tur avtobus qəzaya uğrayıb.
Metbuat.az xəbər verir ki, nəticədə 16 rusiyalı turist yaralanıb.
Yaralılardan 15-i uşaqdır. Qəzada yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Mənbə: metbuat.az