Elinanın vəkilləri məktəbin keçmiş direktoru ilə bağlı apelyasiya şikayəti veriblər

Elinanın vəkilləri məktəbin keçmiş direktoru ilə bağlı apelyasiya şikayəti veriblər

Bakıdakı 162 saylı məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsindəki ev dustaqlığı imkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsi üçün apelyasiya şikayəti verilib.

APA-nın xəbərinə görə, bu barədə təhsil aldığı 162 saylı məktəbdə intihar etmiş Elina Hacıyevanın yaxınları və vəkillərinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, S. Abbasovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət edilib.
Qeyd edək ki, bu ilin aprelində Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu yaxınlarda qətimkan tədbirinin vaxtı uzadılıb.

 

Mənbə: apa.az