Kimsəsiz qocanı gecələdiyi ərazidən qovublar

Kimsəsiz qocanı gecələdiyi ərazidən qovublar

Bir neçə gün öncə əməkdaşımızın müsahibə etdiyi, “Koroğlu” metrostansiyasının yaxınlığında gecələyən kimsəsiz şəxs gecələdiyi ərazidən qovulub.

Bizimyol.info xəbər verir ki, əməkdaşımızın “Koroğlu” metrostansiyasının yaxınlığında gecələyən, yaxınları yol qəzasında dünyasını dəyişən Etibar Əliyevin vəziyyəti ilə maraqlanmaq üçün adıçəkilən ünvana gedib. Ərazidə xidmət göstərən taksi sürücüləri əməkdaşımızla həmsöhbət olduqları zaman bildiriblər ki, həmin şəxs naməlum mülkigeyimli şəxslər tərəfindən ərazidən uzaqlaşdırılıb.

Taksi sürücüləri həmçinin onu da əlavə ediblər ki, həmin şəxslər kimsəsiz vətəndaşa bir daha orada gecələməməsini tapşıraraq onu oradan uzaqlaşdırıblar.

Əməkdaşımızın hazırladığı videomüsahibəni oxucularımıza təqdim edirik:

Mənbə: www.bizimyol.info