Ağstafada “Mercedes” aşdı, ölən və xəsarət alanlar var

Ağstafada “Mercedes” aşdı, ölən və xəsarət alanlar var

Bakı. Trend:

Ağstafa rayonunun Tatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 15-də saat 18 radələrində Ağstafa rayonunun Tatlı kəndi ərazisində Qazax rayon sakini İsmət Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

 

Mənbə: az.trend.az