İranda avtobusun dərəyə yuvarlanması nəticəsində 13 sərnişin həlak olub

İranda avtobusun dərəyə yuvarlanması nəticəsində 13 sərnişin həlak olub

Onu qadın və 3-ü uşaq olmaqla 13 sərnişin həyatını itirib...

İranın İsfahan əyalətində bir avtobusun dərəyə yuvarlanması nəticəsində 13 nəfər həyatını itirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İsfahanın Təcili Təbbi Yardım İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

 

Bildirilib ki, əyalətin Xansar-Buin yolunda bir avtobus dərəyə yuvarlanıb.

 

Onu qadın və 3-ü uşaq olmaqla 13 sərnişin həyatını itirib. Yaralananlar var.

 

Yaralılar İsfahanın müxtəlif xəstəxanalarına çatdırılıblar.

 

Polis hadisənin səbəbini araşdırır.

Mənbə: www.interaztv.com