"Azərikimya" Etilen-Polietilen zavodunda baş vermiş ölümlə bağlı məlumat yayıb - YENİLƏNİB

"Azərikimya" Etilen-Polietilen zavodunda baş vermiş ölümlə bağlı məlumat yayıb - YENİLƏNİB

"Azərikimya" İstehsalat Birliyi Etilen-Polietilen zavodunda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

İB-dən Xeberle.com-a bildirilib ki, iyunun 15-də saat 15:20 radələrində "Azərikimya” İB-nin modernizasiya layihəsində baş podratçı olan İtaliyanın "Technip İtaly Spa” şirkətinin işçisi (elektrik) Bakı sakini, 1982-ci il təvəllüdlü Baxşiyev Ziyad Sabir oğlu zavodun ərazisində modernizasiya işləri aparan zaman gərginliyə düşüb.
"Ziyad Baxşiyevə hadisə yerində podratçı şirkətlərin növbətçi həkimləri, sonra isə "Kimyaçı” poliklinikasının təcili-tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilsə də, onun həyata qaytarılması mümkün olmayıb və vəfat edib. Dünyasını dəyişmiş şəxs "Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun deyil, podratçı şirkət olan "Technip İtaly Spa” şirkətinin işçisidir”, - deyə məlumatda bildirilib.

 

xxx

 

15 iyul
saat 19.29

 

Sumqayıtda zavodların birində bədbəxt hadisə qeydə alınıb.

Xeberle.com xəbər verir ki, şəhərin Etilen-Polietilen zavodunda çalışan 1982-ci il təvəllüdlü Baxşıyev Ziyad Sabir oğlunu elektrik cərəyanı vurub. Z. Baxşıyev hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

 

Mənbə: xeberle.com