Qadının ölümünə səbəb olan sürücü apelyasiya şikayəti verdi

Qadının ölümünə səbəb olan sürücü apelyasiya şikayəti verdi

Bakıda piyada qadının ölümünə səbəb olmaqda təqsirli bilinən avtobus sürücüsü Bəxtiyar Həmzəliyev barəsindəki hökmdən apelyasiya şikayəti verib.


Femida.az-ın xəbərinə görə, hakim Əflatun Qasımovun icraatında olan şikayətlə bağlı ilkin baxış iclası iyulun 19-da keçiriləcək.

Qeyd edək ki, Ə.Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, hadisə ötən il martın 19-u saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini B.Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

 

Mənbə: femida.az