Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü

Bakı. Samir Əli - Trend:

Bakıda əməliyyat olunan şəxs bir müddət sonra dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə Qusar rayonunda baş verib.

Rayonun Hil kənd sakini, 1992-ci il təvəllüdlü Ələkbərov Kamran Qambay oğlu Hil kəndindəki evinin həyətində gilas ağacından yıxılaraq ağır xəsarət alıb.

Yaralı kəllə sümüyü və bel fəqərələrinin sınığı xəsarətləri ilə Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilərək əməliyyat olunub. Əməliyyatdan bir həftə sonra xəstə özünü yaxşı hiss etdiyi üçün ambulator müalicəyə buraxılıb.

 

K.Ələkbərovun bir həftə sonra evinin həyətində ürəkkeçməsi olub. O, təcili tibbi yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Bir gecədə qocaldılar - FOTO

SONRAKI XƏBƏR

Xamenei “cavabsız qalmayacaq” dedi, SEPAH ələ keçirdi