İtaliya polisi terrorçuların evindən raket tapıb

İtaliya polisi terrorçuların evindən raket tapıb

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat zamanı terrorçulardan raket və çox sayda silah-sursat ələ keçirilib.

Polisin keçirdiyi əməliyyatda 3 nəfər həbs olunub. Onlardan biri uzun müddət İtaliya gömrük idarəsində işləyib. Terrorçulardan "hava-hava" və digər raketlər müsadirə olunub.

Polis, həmçinin həbs olunanların Ukraynanın Dombas bölgəsində gedən döyüşlərdə iştirak etdiyini bildirib.

Sevinc Əliyeva

Mənbə: ordu.az