Şəkidə yük maşını hasara çırpılıb, iki az yaşlı xəsarət alıb

Şəkidə yük maşını hasara çırpılıb, iki az yaşlı xəsarət alıb

Şəki şəhərində yük maşını hasara çırpılıb, iki az yaşlı xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində şəhərin Gəncəli məhəlləsində qeydə alınıb.

Əraziyə torpaq aparan “ZİL” markalı yük maşını idarə etmədən çıxaraq yolun kənarındakı hasara çırpılıb. Qəza baş verən zaman yük maşınının banında olan torpaq kütləsi zərbənin gücündən dağılaraq ərazidə olan uşaqların üzərinə tökülüb.

Hadisə zamanı xəsarət alan 2009-cu il təvəllüdlü İsmayıl İlqar oğlu Babayev və 2007-ci il təvəllüdlü Mirağa Taleh oğlu Mehdiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Tibb müəssisəsindən bildirilib ki, yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az