Ələtdə ailə faciəsi: Baba və nəvə dənizdə boğuldu

Ələtdə ailə faciəsi: Baba və nəvə dənizdə boğuldu

Ələtdə iki nəfər suda boğularaq ölüb.

APA-nın xəbərinə görə, Ələtdə Yanardağ adlanan ərazidə dənizdə çimərkən 15 yaşlı Ləman Orucova boğulub.

L. Orucovanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən o da boğulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təcili Yardıma çağırış saat 16.45 də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təsdiqləyib.

Faktla əlaqədar hüququ mühafizə orqanları araşdırmalara başlayıb.

Mənbə: apa.az