Bakıda qəribə hadisə: Sürücü 40 dəqiqə tərslik edib hərəkəti iflic etdi - VİDEO

Paytaxtın "Şamaxinka dairəsi" adlanan ərazidə qəribə hadisə baş verib.

BAKU.WS
-in "qaynar xətti"nə verilən məlumata görə, marşrut avtobusu dayanacaq istiqamətində hərəkət etdiyi zaman, "Mercedes" markalı avtomobil əks istiqamətdə yola çıxaraq maşınların və avtobusun hərəkəti üçün maneə yaradıb. 

Şikayətçi bildirir ki, yolda tıxac azaldığı zaman, maşınlar hərəkət etsələr də "Mercedes" markalı avtomobilin sürücüsü yerindən tərpənməyib və bu da marşrutun hərəkəti üçün maneə yaradıb. Avtobus sürücüsü və sərnişlərin etirazına məhəl qoymayan şəxs 40 dəqiqə ərzində yolun əks istiqamətində dayansa da, öz yolunda dayandığını və heç yerə tərpənməyəcəyini bildirib.

BAKU.WS videogörüntüləri təqdim edir:
BAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında sərəncama götürülüb

SONRAKI XƏBƏR

Bakı Metropolitenindən “Qarabağ” - APOEL oyunu ilə bağlı açıqlama