Deytonda 9 nəfəri qətlə yetirən şəxsin dostu həbs edilib

Deytonda 9 nəfəri qətlə yetirən şəxsin dostu həbs edilib

Birləşmiş Ştatlar rəsmiləri Ohayo ştatının Deyton şəhərində odlu silah və 100 patronlu daraqdan istifadə edərək 9 nəfəri qətlə yetirən şəxs üçün gülləkeçirməz gödəkçəni aldığını etiraf edən dostunun həbs edildiyini bildirib.

Mərkəzi-qərb bölgəsindəki şəhərin prokurorları Ethan Kollinin hücum üçün Konnor Bettsə gərək olan avadanlıqları aldığını və valideynləri görməsin deyə öz evində gizlətdiyini deyib.

Konnor Betts 9 adamı qətlə yetirib.

Bu detallar qətliamda istifadə olunmayan tapançanı almaq üçün doldurduğu federal anketdə marixuanadan istifadə etmədyini deməsinə görə Kolliyə qarşı ittiham irəli sürdükdən sonra üzə çıxıb.

Avqustun 4-də 22 yaşlı bacısı Meqan Bettsi qətlə yetirdikdən sonra Deyton şəhərinin gecə klubuna hücum edən 24 yaşlı Konnor Betts polis onu öldürənədək orada da 8 nəfəri qətlə yetirib, 27 nəfəri yaralayıb.

Etirazçılar avtomatik silah satışına qadağa qoyulmasını tələb edirlər.

Birləşmiş Ştatlar prokuroru Kollinin avqustun 4-də Bettsin planlaşdırdığı hücumda qəsdən iştirak etdiyinə dair heç bir dəlil və iddianın olmadığını bildirib.

Polis hələ də hücumun motivini açıqlamayıb.

Mənbə: www.amerikaninsesi.org