Binəqədi polisində daha bir hadisə - Bıçağı qarnına soxdu

Binəqədi polisində daha bir hadisə - Bıçağı qarnına soxdu

Binəqədi polis idarəsində 1 nəfər özünə xəsarət yetirib

1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu özünü bıçaqlayıb. Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.

Yaralıya qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Bildirilir ki, Emin Cabbarov cinayət işi törətdiyinə görə, polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun cibində bıçaq olduğundan özünə xəsarət yetirib.(Report)

Mənbə: pia.az