Rusiyanın Volqa çayında gəmisi yanıb - VİDEO

Rusiyanın Volqa çayında gəmisi yanıb - VİDEO

Rusiyanın Volqa çayında üç göyərtəli "Svyataya rus" adlı teploxodu yanıb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Nijni Novqorod vilayətindəki idarəsi məlumat yayıb.

Hadisə səhər saatlarında baş verib və gəminin 50 kvadrat metr sahəsi yanıb.

Gəmini söndürmək üçün 6 yanğınsöndürən kater və 21 xilasedici hadisə yerinə cəlb olunub.

Mənbə: www.sonxeber.az