İndoneziya sahillərində zəlzələ olub

İndoneziya sahillərində zəlzələ olub

Tokio, 13 avqust, AZƏRTAC

Avqustun 13-də İndoneziyanın mərkəzi hissəsində yerləşən Bali adasının sahillərində 4,9 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Denpasar şəhərindən 184 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Həmin gün bir qədər əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Bali sahillərində 4,8 bal gücündə daha bir zəlzələ qeydə alıb.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az