Uelsdə maşınla qayadan dənizə “uçan” qadın üzərək xilas oldu - VİDEO

Uelsdə bir qadın maşını ilə uçurumdan dənizə düşüb.

Bu barədə WalesOnline nəşri xəbər yayıb.

Bildirilib ki, hadisə ölkənin cənub regionunda, Laymsleyd bölgəsində baş verib.

Yerli vaxtla səhər saat 6-da idarəetməni itirən qadın qaydan dənizə “uçub”. Daha sonra üzərək sahilə çıxmağı bacaran zərərçəkmişə hadisə yerinə gəlmiş xilasedicilər tibbi yardım göstəriblər.

Onun qəza zamanı maşında tək olduğu bildirilib.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Kürdəmirdə avtomobil velosipedçini vurub

SONRAKI XƏBƏR

Bir gündə iki persona non grata elanı