Qusarda avtomobil qaz xəttini zədələyib

Qusarda avtomobil qaz xəttini zədələyib

Qusar rayonunun Balaqusar, Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini maşınla vurub zədələyiblər.

Bu barədə “APA-Economics”ə “Azəriqaz” İB-dən bildirilib.

Verilən məlumata görə, dünən axşam saat 16:50-dən həmin ərazinin qaz təchizatı daxildən dayandırılıb. Təmir-bərpa işləri müddətində ümumilikdə 615 abonentin qaz təchizatında fasilə yaranıb.

Mənbə: apa.az