Ağstafada minik avtomobili yoldan çıxaraq aşıb

Ağstafada minik avtomobili yoldan çıxaraq aşıb

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

REAL-ın "Report"a istinadən məlumatına görə, rayonun Poylu kəndi ilə hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 84 yaşlı sərnişin Nazan Omarova müxtəlif bədən xəsarətləri alıb. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.realtv.az