Rusiya da yanır, insanlar təxliyə olunub

Rusiya da yanır, insanlar təxliyə olunub

Sankt-Peterburq şəhərində bir anbarda yanğın baş verib. Anbarın yaxınlığındakı binalarda yaşayan insanlar təxliyə edilib.

Moderator.az xəbər verir ki, yanğın hadisəsi Sankt-Peterburqun Nevski bölgəsində yerləşən dörd mərtbəli anbarın üçüncü mərtəbəsində baş verib. Qısa müddətdə əhatə dairəsi genişlənən yanğını söndürmək üçün hadisə yerinə çox sayda yanğınsöndürən maşınlar cəlb olunub.

Aidiyyəti qurumlar yanğının 4 min metr ərazini əhatə etdiyini bildiriblər. Ərazidəki insanlar təxliyyə olunsa da, yanğının yaşayış yerlərinə sıçrama risqinin olmadığı qeyd olunur.

Mənbə: moderator.az