Tovuzda 22 yaşlı gənc bıçaqlanıb

Tovuz rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Hunanlar kənd sakini, 1997-ci il təvəllüdlü İsmayıl Məmmədov mübahisə zəminində həmkəndlisi tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Ağır xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Şamaxıda "Tofaş" beton piltəyə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO

SONRAKI XƏBƏR

‘Tərtər işi’nə görə 15 il alan Orxan Babayevdən xəbər var