Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində Samux rayon sakini, 1964-cü il təvəllüdlü Hüseynov Rasim Nasir oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az