"Ərim mənimlə yaxşı davranır" deyib boşanmaq istədi - AĞLASIĞMAZ...

"Ərim mənimlə yaxşı davranır" deyib boşanmaq istədi - AĞLASIĞMAZ...

Birləşmiş Ərəb Əmirliklərində bir qadın ərinin onunla dava etmədiyi və hər zaman onunla yaxşı davrandığı üçün boşanmaq istədiyin bildirərək məhkəməyə müraciət edib.

Moderator.az xəbər verir ki, sözügedən qadın məhkəmədə ərinin sevgi və diqqətinin çox yüksək olduğu və digər cütlüklər kimi dava etmək istədiyini dilə gətirib.

Məhkəmədə arvadını çox sevdiyini və bu səbəblə əlindən gəldiyi qədər arvadına qarşı nəzakətli davrandığını deyən ər boşanmaq istəmədiyini bildirərək məhkəmə heyətindən qadının boşanmaqdan imtina etməsi üçün kömək istəyib.

Kamran

Mənbə: moderator.az