Qarsda benzin qaçaqçılığı edən azərbaycanlılar saxlanılıb

Qarsda benzin qaçaqçılığı edən dəstə üzvləri saxlanılıb.

“Aksam.com.tr” xəbər verir ki, Qars-Ardahan yolunda daha əvvəl möhürlənən və istifadə olunmayan yanacaqdoldurma məntəqəsinə baxış zamanı 31 min 268 litr qaçaq yanacaq ələ keçirilib.

Əməliyyat zamanı üç ədəd metal çən, bir ədəd pompa, iki ədəd sayğac, beş ədəd müxtəlif ölçüdə rezin boru və iki ədəd pompa tapançası ələ keçirilib.

Hadisə ilə əlaqədar olaraq, ikisi Azərbaycan vətəndaşı olan üç nəfər saxlanılıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Beşiktaş” ilk qələbəsini qazanıb

SONRAKI XƏBƏR

Ukraynanın Azərbaycandakı səfirliyində bu ölkənin Milli bayramı - Bayraq Günü qeyd edilib