Bakı sakininin avtomobili oğurlanıb - FOTO

Bakının Nəsimi rayonunda avtomobil oğurlanması faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Alı Mustafayev küçəsi, 17 saylı binanın qarşısında baş verib.

Belə ki, paytaxt sakini, 1987-ci il təvəllüdlü Əliyev Bəhruz Əliağa oğlu ona məxsus olan 90-CB-171 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilini gecə saatlarında yaşadığı həmin binanın qarşısında saxlayıb. Bundan sonra avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb.

Avtomobilin oğurlanmasından səhər xəbər tutub. Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı polis orqanlarına müraciət edib.

Əraziyə baxış keçirən polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Ana, nə olar, ölmə” dedi, hamı etiraza qalxdı - VİDEO+FOTO

SONRAKI XƏBƏR

Alimlər insanın nə zaman qocaldığını izah etdilər