Bakıda itkin düşən 3 yaşlı qız tapıldı

Bakı. Samir Əli - Trend:

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Hyundai növbəti dizayn mükafatı aldı – bu dəfə Tam Yeni Sonata fərqləndi

SONRAKI XƏBƏR

Azərbaycana hibrid maşınların gətirilməsinə kim mane olur?