Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Ankara, 11 sentyabr, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Dalaman rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında şagirdləri daşıyan mikroavtobusla yük avtomobili toqquşub. Nəticədə on şagird xəsarət alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Mənbə: azertag.az