Əli Kərimlinin mühafizəçisinə 30 sutka həbs cəzası verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirli həbs edilib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsi R. Əmirli barəsində 30 sutka həbs cəzası çıxarıb.

Ruslan Nəsirli İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə təqsirli bilinir.

Qeyd edək ki, Ruslan Əmirli AXCP sədri Əli Kərimlinin mühafizəçisidir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Donald Tramp 11 sentyabr terror aktları ilə əlaqədar bayraqları endirməyə çağırıb

SONRAKI XƏBƏR

Dövlətin, iqtidarın və xalqın onlara borcu qalıbmı?