Gədəbəydə ikimərtəbəli evdə yanğın baş verib

Bakı, 11 sentyabr, AZƏRTAC

Gədəbəy rayonunun Qaradağ kəndində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli yeddi otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin ikinci mərtəbəsində bir otağın tavanı 40, dam örtüyü isə 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət qulluğuna hazırlaşanların nəzərinə: sınaq imtahanına qeydiyyat davam edir

SONRAKI XƏBƏR

Paşinyan hami axtarışında: Moskva təzyiq etdikcə, Ağ Evə sığınır