Türkiyədə axtarışda olan təhlükəli qadın terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatının (MİT) birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının bir üzvü zərərsizləşdirilib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Məlumata görə, terrorçu İraqın şimalında yerləşən Kandil bölgəsində məhv edilib. Öldürülən terrorçu nazirlik tərəfindən axtarışda olan Gülüzar Tural olub.

Əli Bədir
Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Qubernator: "Azərbaycanla Sverdlovsk vilayəti arasında əməkdaşlığın böyük potensialı var"

SONRAKI XƏBƏR

Göyçay körpüsündəki çat tıxaca səbəb oldu