İki avtobus və avtomobil toqquşub - Altı nəfər xəstəxanaya müraciət edib

Paytaxtda iki sərnişin avtobusunun və minik avtomobilinin iştirakı ilə zəncirvari qəza baş verib.

ATV.az xəbər verir ki, hadisə Hava limanı avtomagistralında qeydə alınıb. Qəza nəticəsində minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub. Qəzaya səbəb kimi minik avtomobilinin sürücüsünün manevr qaydalarını pozması göstərilir. Hadisə nəticəsində 6 nəfər Sabunçu rayon 3 saylı xəstəxanaya müraciət edib

ATV.az

 

Atv.az

ƏVVƏLKİ XƏBƏR

"Boltonun işdən çıxarılması Azərbaycanın maraqlarına təsir göstərməyəcək" - Rasim Musabəyov

SONRAKI XƏBƏR

“Qoçaq Əhməd” və “Məlikməmməd” tamaşaları yeni quruluşda