Mahir Emreli həyatının şokunu yaşadı - 60 min manatlıq oğurluq

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, məşhur futbolçunun Sulutəpədə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Dövlət Komitəsi məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin artırılacağı barədə xəbərlərə münasibət bildirib

SONRAKI XƏBƏR

“Doktorlar”ın qəhrəmanı ikinci dəfə evləndi - Fotolar