Bir həftə əvvəl yıxılan 81 yaşlı qadın vəfat etdi

Bir həftə əvvəl yıxılan 81 yaşlı qadın vəfat etdi

Bərdə rayonunda bir həftə əvvəl yıxılan 81 yaşlı qadın vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayon Xəsilli kənd sakini, 1938-ci il təvəllüdlü Şəkər Bayramova ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Ailə üzvlərinin sözlərinə görə, qadın 1 həftə əvvəl evdə yıxılıb, lakin həkimə müraciət etməyiblər. Onun körpücük sümüyü sınıb və boynunda gematoma yaranıb. Bu müddət ərzində şiş böyüyüb və xəstənin vəziyyəti ağırlaşıb.

Ş.Məmmədova bu gün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyat zamanı qanaxma baş verib. O, xəstəxanada vəfat edib.

Bərdə RPŞ-də araşdırma aparılır.

Hidayət Əhmədov

Mənbə: qafqazinfo.az