Rusiyanın Ermənistandakı bazasının hərbçisinin meyiti tapılıb

Rusiyanın Ermənistandakı bazasının hərbçisinin meyiti tapılıb

Ermənistanın Gümrü şəhərində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının hərbçisinin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

23 yaşlı hərbçinin bədəni kəsilmiş halda tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mənbə: apa.az