Ağcabədidə minik maşını ilə traktor toqquşub

Ağcabədidə minik maşını ilə traktor toqquşub

Ağcabədidə minik maşını traktora çırpılıb, 2 nəfər ağır xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ə rayonun Hindarx qəsəbəsində Bərdə rayon sakini, 43 yaşlı Aslanov Elvin Şükür oğlunun idarə etdiyi “LADA” 2110 markalı, 02 BU 230 dövlət nömrə-nişanlı avtomaşın yol kənarında dayanan “BELARUS” markalı, 10 D 685 dövlət nömrəli traktora çırpılıb.

Nəticədə sürücü E. Aslanov və sərnişin, Bərdə rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Pərviz Tahir oğlu ağır xəsarət alıb. Onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, hər ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az