Kürdəmirdə 7 yaşlı uşaq yıxılaraq xəsarət alıb

Kürdəmir rayonunda 7 yaşlı uşaq yıxılaraq xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Qağacılı kənd sakini, 2012-ci il təvəllüdlü Xəlilov Aqşin Füzuli oğlu həyətyanı sahədə oynayarkən yıxılıb.

Azyaşlı sol bazu sümüyünün qapalı yerdəyişmə sınığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Azərbaycanlıları İttifaqının üzvü Rauf Əzizov azadlıqda

SONRAKI XƏBƏR

Deputat bələdiyyələrə qazanc yolu göstərdi - MÜSAHİBƏ