Misirdə avtobus körpüdən aşdı - 5 ölü

Misirdə avtobus körpüdən aşdı - 5 ölü

Bakı. Trend:

Misirin paytaxtı Qahirədə avtobus körpüdən aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində beş nəfər həlak olub, 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə Qahirənin əl-Giza rayonunda baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.

Mənbə: metbuat.az