Türkiyədə 88 rusiyalı turist ölüb - AÇIQLAMA

Turist mövsümünün əvvəlindən Türkiyədə Rusiyadan olan 88 turist ölüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov deyib. Diplomat əlavə edib ki, səfirlik həmçinin 40 tibbi evakuasiyanı da qeydə alıb.

Səfir faciəli insidetmlərin sayının artmasını 2018-ci ildən turist axınının çoxalması ilə izah edib. Keçən il Türkiyəyə təxminən 6 milyon rusiyalı gedib, 2019-cu ildə bu sayın artacağı gözlənilir.

Yerxov qeyd edib ki, insidentlərin əksəriyyəti mənasız səbəblərdən qeydə alınır. Onun sözlərinə görə, yaşlı insanlar ciddi iqlim dəyişikliyinə dözməyərək iflic və infakrtdan klinikalara düşürlər. Səfir qeyd edib ki, rusiyalı turistlərin iştirakı ilə baş verən yol qəzalarının da çoxu ölümlə nəticələnir.

Rusiya Statistika Komitəsinin sentyabrın 2-də yaydığı məlumata görə, Türkiyə rusiyalı turistlər arasında ən populyar ölkələrin siyahısında birincidir. İkinci sırada Finlandiya, sonra Qazaxıstandır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

DİN Azərbaycanda "Əxlaq Polisi" yaradılması haqda EKSKLÜZİV

SONRAKI XƏBƏR

İordaniyalı senatora “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim edilib