Üçüncü dəfə evlənmək istəyən kişini arvadları ölümünə döydü

Üçüncü dəfə evlənmək istəyən kişini arvadları ölümünə döydü.

Moderator.az xəbər verir ki, maraqlı hadisə Hindistanda baş verib. Belə ki, 26 yaşlı iki arvadı olan adam boşanmadan əvvəl üçüncü dəfə evlənmək arzusuna düşüb, amma bu, qadınlarının onu ölümünə döyməsiylə nəticələnib.

Hindistanın Tamil Nadu kənd sakini olan Aravind Dinesin küçənin ortasında döyülməsi zamanı köməyinə qonşuları gəlib və onu iki arvadının yumruq zərbələrindən xilas ediblər.

Hadisəylə bağlı polisə müraciət edilib və araşdırma aparılır. Görüntülər isə yaxınlıqdakı kameraya düşüb.

Vasif Əlihüseyn

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər üçün "əsl psixoloji imtahan"

SONRAKI XƏBƏR

“A kişi, sən kimsən, Mourinyodan danışırsan?!” – Millimizdəki futbolçu qıtlığının səbəbləri